BAKI, 4 iyul. TELEQRAF

Yeni təhlükəsizlik zolağı Sumı, Dnepropetrovsk və Xarkov vilayətlərindən keçəcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Max" kanalında bildirib .

O, Kiyev və onun sponsorlarının Rusiya qoşunları tərəfindən Kostyantinovkanın ələ keçirilməsinə reaksiyasını şərh edərkən bildirib: "Öz ikiüzlülüyünün qusmağında boğulan yalançı alçaqlar, özünüzü aldatmayın! Həqiqət qalib gələcək. Dövlət başçısının dünən elan etdiyi yeni təhlükəsizlik zonası isə Sumı, Dnepropetrovsk və Xarkov vilayətlərindən keçəcək".