BAKI, 4 iyul. TELEQRAF
İran və ABŞ arasında növbəti danışıqlar iyulun 11-də Pakistanda aparılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" televiziyası öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Pakistanda keçiriləcək danışıqlarda İrana qarşı sanksiyaların ləğvi, dondurulmuş aktivlərin azad edilməsi və nüvə məsələsi müzakirə ediləcək.
İran nümayəndə heyətinin tərkibi bu il fevralın 28-də ABŞ-İsrail hücumlarında həlak olan keçmiş lider dini lider Əli Xameneinin dəfn mərasimləri başa çatandan sonra - iyulun 9-da dəqiqləşdiriləcək.
İran və ABŞ arasında iyunun 14-də əldə edilən razılaşmaya əsasən, tərəflər İrana qarşı sanksiyaların ləğvi, Hörmüz boğazının statusu və nüvə məsələsi kimi məsələlərdə 60 gün ərzində danışıqlar aparacaqlar.
Sonuncu görüş fikir ayrılıqları səbəbindən baş tutmayıb.
21 iyunda İsveçrədə keçirilən danışıqlar İsrailin Livana davamlı hücumları, ABŞ-nin İranın dondurulmuş aktivlərini açıqlamaması və tərəflər arasında Hörmüz boğazının idarə olunması kimi məsələlərdə fikir ayrılıqları səbəbindən davam etdirilməyib.
Tərəflər arasında sonuncu görüş iyulun 1-də Dohada Qətər rəsmilərinin iştirakı ilə olub.