BAKI, 4 iyul. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Kiyev hakimiyyətinin rəhbərliyini mövcud olmayan hərbi uğurlarla bağlı bəyanatlar verməkdə ittiham edib.
Teleqraf xəbər verir ki, Putin Xüsusi Hərbi Əməliyyat zonasında Birləşmiş Qoşun Qruplaşmasının idarəetmə məntəqəsində keçirilən müşavirədə çıxışı zamanı bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin guya əldə etdiyi uğurlarla bağlı səsləndirilən bəyanatlar Rusiyanın maraqlarına xidmət edir.
Rusiya liderinin sözlərinə görə, Kiyev rəhbərliyi real fəaliyyətdən daha çox nümayiş xarakterli çıxışlarla məşğul olur.
“Onlar əslində başqa iş görməyi bacarmırlar. Lakin öz hərəkətləri və bəyanatları ilə həm özlərini, həm də onları dəstəkləyənləri çaşdırırlar. Bu isə bizim xeyrimizədir”, - deyə Putin vurğulayıb.