BAKI, 4 iyul. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Xarkov və Sumı vilayətlərində təhlükəsizlik zonasının yaradılmasının plan üzrə davam etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bunu Putin birləşmiş silahı qüvvələrin müvəqqəti komandanlıq məntəqələrindən birində keçirilən görüşdə bildirib.

"Ukraynanın Xarkov, Sumı və Dnepropetrovsk vilayətlərinin sərhəd bölgələrində təhlükəsizlik zonasının yaradılması planlaşdırıldığı kimi davam edir", - Putin qeyd edib.