BAKI, 20 iyun. TELEQRAF

2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” bu gün ilk yoxlama oyununa çıxacaq.

Teleqraf xəbər verir ki, iyunun 10-dan Bakıda təlim-məşq toplanışı keçirən Qurban Qurbanovun komandası “Zirə” ilə qarşılaşacaq.

“Azersun Arena”nın məşq meydançasında keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” iyunun 22-də Avstriyaya yollanacaq. Komanda hazırlığın ikinci mərhələsini Tirol əyalətində keçirəcək. Avstriya toplanışı iyulun 2-dək davam edəcək.

Təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi planlaşdırılır.