BAKI, 20 iyun. TELEQRAF
Futbol üzrə dünya çempionatında Türkiyə və Paraqvay yığmaları arasında keçirilən D qrupunun matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Teleqraf xəbər verir ki, görüşün ən yaxşı futbolçusu adına Paraqvay millisinin üzvü Matias Qalarsa layiq görülüb.
O, qarşılaşmanın 65-ci saniyəsində uzaq məsafədən dəqiq zərbə ilə komandasının qələbə qolunu vurub.
Görüş Paraqvayın 1:0 hesablı qələbəsi ilə başa çatıb.