BAKI, 7 iyun. TELEQRAF
Koreya Xalq Demokratik Respublikası (KXDR) lideri Kim Çen İn ölkənin müdafiə sənayesi müəssisələrindən birinə, o cümlədən raket istehsalı mərkəzinə baş çəkib.
Teleqraf xəbər verir ki, Şimali Koreya lideri ordunun artan tələbatını tam təmin etmək məqsədilə növbəti beş il ərzində istehsal gücünün mərhələli şəkildə 2,5 dəfə artırılmasını tələb edib.
Müəssisədəki işlərlə yaxından tanış olan Kim Çen İn həmçinin istehsalın bütün mərhələlərində keyfiyyətə nəzarətin gücləndirilməsi və texnoloji tələblərə ciddi şəkildə riayət olunması barədə rəhbərliyə qəti tapşırıqlar verib.