BAKI, 6 iyun. TELEQRAF
İranın Xarq adası yaxınlığında partlayış səsi eşidilib.
Teleqraf xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Partlayışın adanın xaricində baş verdiyi güman edilir.
"Tasnim" agentliyi isə partlayışın hərbi sursatların zərərsizləşdirilməsi ilə bağlı olduğunu yazıb: "Partlayışlar nəzarət altına alınıb və narahatlığa heç bir səbəb yoxdur".