BAKI, 7 iyun. TELEQRAF
UEFA Çempionlar Liqasının qalibi PSJ-nin qapıçısı Luka Şevalye karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Teleqraf “PSG Report”a istinadən xəbər verir ki, 24 yaşlı qolkiperlə “Aston Villa” ciddi şəkildə maraqlanır.
Şevalye İngiltərə klubunda komandadan ayrılmaq istəyən Emiliano Martinezi əvəz edə bilər.
Fransalı qapıçı zədə səbəbindən PSJ-də ilk mövsümündə əsas heyətə düşməkdə çətinlik çəkib və rəqabətdə Matvey Safonova uduzub. Bu səbəbdən o, daha çox şans qazanacağı klubda çıxış etmək istəyir.
Qeyd edək ki, Şevalye Paris təmsilçisinin heyətində ümumilikdə 26 oyuna çıxıb, 28 qol buraxıb, 10 görüşdə isə qapısını toxunulmaz saxlayıb.