BAKI, 7 iyun. TELEQRAF

Ermənistanda ev dustaqlığında olan siyasətçi, "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan parlament seçkilərində səsvermə hüququndan istifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Məlumata görə, siyasətçi İrəvandakı seçki məntəqəsinə həyat yoldaşı, qızı və hüquq-mühafizə orqanları əməkdaşlarının müşayiəti ilə gəlib.