BAKI, 31 may. TELEQRAF

ABŞ-nin Cənubi Amerika sahillərində narkotik qaçaqmalçılığı məqsədilə istifadə edildiyi iddia olunan gəmilərə endirdiyi aviazərbələr nəticəsində azı 202 nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, əməliyyatlar çərçivəsində indiyədək 60-dan çox aviazərbə həyata keçirilib.

Məqalədə qeyd olunur ki, hücumların hədəfi narkotik vasitələrin qaçaqmalçılığı üçün istifadə olunduğu güman edilən gəmilər olub.

"Ümumi ölənlərin sayı ən azı 202 nəfərə çatıb, ümumilikdə isə 60-dan çox zərbə endirilib", - deyə nəşr yazıb.

ABŞ rəsmiləri əməliyyatların narkotik ticarətinə qarşı mübarizə məqsədilə həyata keçirildiyini bildirirlər.