BAKI, 11 may. TELEQRAF
Prezident Donald Tramp bir daha administrasiyasının Venesuelanı ilhaq etməyə cəhd edə biləcəyinə işarə edib.
Teleqraf xəbər verir ki, o, "Fox News"a verdiyi müsahibədə Cənubi Amerika ölkəsini ABŞ-ın 51-ci ştatı etmək barədə ciddi şəkildə düşündüyünü bildirib.
Tramp dəfələrlə Kanada, Qrenlandiya, Panama və Kuba da daxil olmaqla bir sıra suveren ölkələri ilhaq etməklə və ya hərbi güc tətbiq etməklə hədələyib.