BAKI, 14 iyul. TELEQRAF

2026-cı ilin ikinci rübündə "Bank Avrasiya" ASC-nin mənfəəti ilin əvvəli ilə müqayisədə 4,7 dəfə azalaraq 939.08 min manat təşkil edib.

Teleqraf xəbər verir ki, 2025-ci ilin sonuna bankın mənfəəti 4 milyon 416.83 min manat olub.

Hesabat dövründə bankın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri 974.36 min manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 1,8% artım deməkdir.

Cari ilin iyun ayının 30-na bankın aktivləri 218 milyon 528.06 manat olub (1,9% artım). Bankın öhdəlikləri isə ötən ilin sonuna nisbətən 2,6% artaraq 127 milyon 737.13 min manata çatıb.

"Bank Avrasiya"nın depozit portfeli yalnız 0,9% artaraq 71 milyon 481,81 min manatdan 75 milyon 297.23 min manata, kapitalı isə 2.94% artaraq 90 milyon 790.92 manata yüksəlib.

Hüquqi şəxslərin bankdakı depozitləri 5 milyon 302.17 min manata bərabər olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 47,7% azdır.

Bankın kredit riski də artıb. Rübün sonuna vaxtı 1 il və daha artıq keçmiş kreditlərin məbləği ötən ilin müvafiq dövründə 15 milyon 312.67 min manat idisə, cari ildə bu göstərici 15 milyon 573,48 min manat təşkil edib.