BAKI, 14 iyul. TELEQRAF
Qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf-a verilən xəbərə görə, Suraxanı rayonunda oğurluq hadisəsi qeydə alınıb. Rayon ərazisində yerləşən evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları talanıb.
Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı S.Hüseynova müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin taladığı qızıl-zinət əşyalarının bir qismini satdığı məlum olub.
Araşdırma davam etdirilir.