BAKI, 11 may. TELEQRAF

Almaniyanın cənub-qərbində Hokkenhaym (Baden-Vürtemberq) üzərində motorlu planer ilə yüngül təyyarə toqquşub.

Teleqraf "Badische Zeitung"ə istinadən xəbər verir ki, qəza nəticəsində xəsarət alan olmayıb.

Toqquşma bazar günü günortadan sonra təxminən 800 metr yüksəklikdə baş verib. Hər iki təyyarəyə kiçik ziyan dəyib, lakin pilotlar Speyer və Hokenhaymdakı aerodromlarına sağ-salamat qayıda biliblər.

Polis hadisənin səbəblərini araşdırır.