BAKI, 25 iyun. TELEQRAF

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Polşanın Qdansk şəhərində təşkil olunan "Ukraynanın Bərpası Konfransı"nda iştirak edib.

Teleqraf Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, tədbirdə çıxış edən Ceyhun Bayramov Azərbaycanın Ukraynaya göstərdiyi davamlı humanitar dəstəkdən bəhs edib.

O, Azərbaycan tərəfindən həyata keçirilən yardım çatdırılmaları, ukraynalı uşaqların reabilitasiya proqramları, habelə münaqişədən zərər çəkmiş icmaların dəstəklənməsinə yönəlmiş bərpa təşəbbüsləri barədə məlumat verib.

Nazir münaqişələrin humanitar nəticələrinin aradan qaldırılmasında, o cümlədən münaqişə sonrası bərpa proseslərində beynəlxalq həmrəyliyin vacibliyini xüsusi vurğulayıb.

Ceyhun Bayramov Azərbaycanın Ukraynaya humanitar dəstəyini davam etdirməyə hazır olduğunu bir daha bəyan edib.