BAKI, 25 iyun. TELEQRAF
Bu gün "Ukraynanın Bərpası Konfransı" çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov polşalı həmkarı Radoslav Sikorski ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan ilə Polşa arasında mövcud münasibətlərinin inkişaf dinamikası yüksək qiymətləndirilib, siyasi dialoqun intensiv xarakter daşımasının ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verdiyi vurğulanıb.
Yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi məsləhətləşmələrin ölkələr arasında etimada əsaslanan münasibətlərin möhkəmləndirilməsində xüsusi rol oynadığı qeyd edilib.
Nazirlər iki ölkə arasında hazırlanmaqda olan bir sıra sazişlər üzrə aparılan işləri nəzərdən keçiriblər.
İqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının təşviqinin vacibliyi vurğulanıb.
Görüş zamanı regionda post-münaqişə dövründə formalaşan vəziyyət və sülh quruculuğu prosesləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı Avropa təhlükəsizliyi, enerji dayanıqlığı, regional bağlantılar, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
14:02
Bu gün "Ukraynanın Bərpası Konfransı" çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov polşalı həmkarı Radoslav Sikorski ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial media hesabında məlumat yayılıb.
Bildirilib ki, görüşdə tərəflər Azərbaycan-Polşa münasibətlərində müşahidə olunan müsbət dinamikanı məmnunluqla qeyd edərək, ikitərəfli əlaqələrin möhkəmləndirilməsində müntəzəm siyasi dialoq və yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıblar.
Müzakirələr zamanı iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub.
Ceyhun Bayramov həmkarına münaqişədən sonrakı dövrdə regionda baş verən proseslər, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi, eləcə də Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və inkişaf işləri barədə məlumat verib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
***
11:32
Bu gün "Ukraynanın Bərpası Konfransı" çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov polşalı həmkarı Radoslav Sikorski ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər Polşa-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini nəzərdən keçiriblər. Dialoqun əsas mövzularını praqmatik əməkdaşlığın gücləndirilməsi, habelə iki ölkə arasında hazırlanması nəzərdə tutulan yeni saziş layihələri üzərində işin sürətləndirilməsi təşkil edib.
Nazirlər cari regional və beynəlxalq gündəliyə dair fikir mübadiləsi aparıblar. Görüşdə Ukraynaya göstərilən dəstək məsələləri, eləcə də Cənubi Qafqazda mövcud vəziyyət və bölgədəki inkişaf dinamikası ətraflı müzakirə olunub. Ceyhun Bayramov regiondakı proseslərlə bağlı Azərbaycan tərəfinin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.