BAKI, 25 iyun. TELEQRAF

“Kimsə mənim istefa verməyimi istəyirsə, qəbul etməlidir ki, mən bunu etməyəcəyəm”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella 2026-cı il dünya çempionatının D qrupunda ABŞ-la oyun öncəsi açıqlamasında deyib.

İtaliyalı mütəxəssis Avstraliya və Paraqvaya məğlubiyyətlərdən sonra istefa ilə bağlı sualları cavablandırıb. Montella vəzifəsindən ayrılmaq niyyətində olmadığını bildirib:

“Mən peşəkaram və bütün bu illər ərzində ürəyimi bu işə həsr etmişəm. Vaxtımı buna ayırmışam. Bu istiqamətdə işləmək arzum idi. Əgər istefa verib-verməyəcəyimi soruşursunuzsa, cavabım "xeyr"dir. Hələ də enerjim və həvəsim var. Cənab Hacıosmanoğlunun, futbolçuların dəstəyi var. Bu isə kifayətdir və daha vacibdir”.

Qeyd edək ki, Türkiyə millisi D qrupunda keçirdiyi ilk iki oyunda Avstraliya və Paraqvaya məğlub olub. Komanda qrupdakı son matçında ABŞ-la qarşılaşacaq.