Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, Avropa və ABŞ Ukrayna münaqişəsi ilə bağlı mövqelərini yaxınlaşdırıblar.
Teleqraf xəbər verir ki, Makron Berlində "E5" liderləri (Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Fransa) arasında aparılan danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib: "İndi avropalılar və amerikalılar arasında yaxınlaşma anını yaşayırıq. G7 sammitində ABŞ Avropa ilə birlikdə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, ona hərbi və enerji dəstəyi göstərməyə, Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyə hazır olduqlarını bəyan ediblər".