İsrail və ABŞ-nin Yaxın Şərqdəki digər müttəfiqləri Prezident Donald Trampın İranla atəşkəs sazişdəki "qırmızı xətlər"indən xəbərdardırlar.

Teleqraf xəbər verir ki, bunu Küveytdə səfərdə olan ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə bildirib.

O, İsrailin Vaşinqton və Tehran arasındakı razılaşmanı pozmağa çalışdığını təkzib edib: "Bu məlumatı haradan aldığınızı bilmirəm. Hansı nəşrlərə istinad etdiyinizi bilmirəm. Biz bunun üzərində işləyirik. İsraillilər bizim nə üzərində işlədiyimizi dəqiq bilirlər. Bölgədəki bütün tərəfdaşlarımız nə üzərində işlədiyimizi bilirlər. Hamı prezidentin bu məsələ ilə bağlı "qırmızı xətlər"inin və mövqelərinin nə olduğunu başa düşür".

Qeyd edək ki, “The Washington Post” qəzeti 19 iyunda ABŞ kəşfiyyatının İsrailin Trampın İranla davamlı sülhə nail olmaq səylərini pozacaq addımlar atacağı barədə Ağ Evi xəbərdar etdiyini yazmışdı.