BAKI, 25 iyun. TELEQRAF
İyunun 24-də Venesuelada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı artaraq 188 nəfərə çatıb, 1 520 nəfər yaralanıb, 157 nəfər itkin düşmüş hesab olunur.
Teleqraf xəbər verir ki, bu barədə Venesuela prezidentinin xüsusi nümayəndəsi Delsi Rodrigez bildirib.
Qeyd edək ki, iyunun 24-də Venesuelada təxminən 40 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki yeraltı təkan qeydə alınıb. Zəlzələlərin episentrləri Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib.
Təbii fəlakət nəticəsində Onlarla bina dağılıb. Paytaxtda metro və qatarların hərəkəti dayandırılıb. Venesuela hakimiyyəti ölkədə fövqəladə vəziyyət elan edib.
***
17:40
Venesuelada baş verən güclü zəlzələdən sonra 14 700-ə yaxın insan itkin düşüb.
Teleqraf xəbər verir ki, bu barədə "El Diario" portalı məlumat yayıb.
Məlumata əsasən, hazırda 14 698 nəfərin harada olduğu məlum deyil.
***
14:29
Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 164-ə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə respublikanın səlahiyyətli prezidenti Delsi Rodriges bildirib.
Təbii fəlakət nəticəsində 971 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda La-Quayra ştatı başda olmaqla, zərərçəkmiş bölgələrdə xilasetmə işləri sürətlə davam etdirilir.
***
09:21
Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində azı 32 nəfər həlak olub, 700-dən çox insan isə xəsarət alıb.
Teleqraf xəbər verir ki, bunu respublikanın səlahiyyətli prezidenti Delsi Rodriges bildirib.
Onun sözlərinə görə, təbii fəlakətdən ən çox La-Quayra ştatı zərər çəkib:
"La-Quayrada onlarla bina uçub. Hazırda mümkün qədər çox insanı xilas etmək üçün gərgin xilasetmə işləri davam etdirilir".