BAKI, 25 iyun. TELEQRAF

Azərbaycan Respublikasının Mülki Məcəlləsindən maliyyə lizinqi ilə bağlı fəsil ləğv edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Mülki Məcəllədə və digər 25 qanunda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.

Dəyişikliyə əsasən, Mülki Məcəllənin lizinq münasibətlərini tənzimləyən 38-ci fəsli ləğv olunub. Məcəlləyə əlavə edilən yeni maddə ilə müəyyən edilib ki, maliyyə icarəsi fəaliyyəti çərçivəsində daşınar və daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı münasibətlər “Maliyyə icarəsi haqqında” Qanunla tənzimlənəcək.

Bununla yanaşı, Mülki Məcəllədə və digər hüquqi aktlarda keçən “lizinq”, “lizinqverənin” və “lizinqi” sözləri “maliyyə icarəsi” və “maliyyə icarəsi verənin” sözləri ilə əvəz edilib.