BAKI, 21 aprel. TELEQRAF

Dünən bir gəmi saxlamışıq, içində çox da xoş olmayan bəzi avadanlıqlar var.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

"Dünən bir gəmi saxlamışıq, daxilində çox da xoş olmayan bəzi avadanlıqlar var. Bəlkə də bu, Çindən göndərilən "hədiyyə"dir, dəqiq bilmirəm. Təəccübləndim. Elə düşünürdüm ki, Si Cinpinlə (Çin lideri - red.) aramızda müəyyən anlaşma var" - D. Tramp vurğulayıb.