BAKI, 3 aprel. TELEQRAF
"Amerikalı dostlarımızla birlikdə İrana zərbələr endirməyə davam edirik, komandirləri, körpüləri və infrastrukturu məhv edirik".
Teleqraf xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
O, İranın polad istehsalı gücünün 70%-nin məhv edildiyini deyib: "Bu, SEPAH-ı həm maliyyə resurslarından, həm də xeyli miqdarda silah istehsal etmək qabiliyyətindən məhrum edən böyük bir nailiyyətdir. Biz İrana zərbələr endirməyə davam edəcəyik. Livanda isə Hizbullahı məğlub edərək, ona zərbələr endiririk. Şimaldakı icmaları qorumaq üçün təhlükəsizlik zonamızı genişləndirməyə və gücləndirməyə davam edirik", - deyə o qeyd edib.