BAKI, 21 may. TELEQRAF

İsrail ordusu Suriyanın Quneytra vilayətinin Əs-Səmdaniyyə əş-Şərqiyyə kəndinə daxil olaraq, ərazidə müvəqqəti yoxlama məntəqəsi qurub, yoldan keçənlərdə axtarış aparıb, sonra geri çəkilib.

Teleqraf xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Bildirilib ki, hücumdan bir gün əvvəl Quneytranın cənubunda başqa bir əməliyyat həyata keçirilib. İsrail qüvvələri vilayətin cənubundakı Əl-Bəssal və Ümm əl-Ləvqas kəndlərinə daxil olaraq evlərdə axtarış aparıb və iki nəfəri saxlayıb, bir neçə saat sonra isə sərbəst buraxıb.