BAKI, 21 may. TELEQRAF

​"Yaxın aylarda 34 hektar sahəni əhatə edən müasir "İstisu Müalicə-Sağlamlıq və İstirahət Kompleksi"nin inşası yekunlaşacaq".

Teleqraf xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo”nun Azərbaycan pavilyonunda “Urbisiddən Münaqişə Sonrası Yenidənqurmaya Gedən Yol” adlı tədbirdə deyib.

O bildirib ki, burada hotel, restoran, kafe, kotteclər, inzibati bina, çoxfunksiyalı konfrans zalı, əyləncə məkanları, eləcə də qapalı və açıq hovuzlar yaradılacaq.