BAKI, 21 may. TELEQRAF
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının XXXII turunda baş verən mübahisəli hakim qərarlarına münasibət bildirib.
Teleqraf xəbər verir ki, o, AFFA-nın mətbuat xidmətinə açıqlamasında üç qarşılaşmada yaşanan mübahisəli epizodları dəyərləndirib.
Komitə sədri bildirib ki, hakimlər həmin epizodlarda qaydalara uyğun və düzgün qərarlar qəbul ediblər. Onun sözlərinə görə, VAR sistemindən də düzgün istifadə olunub və oyunların nəticəsinə təsir edəcək hakim səhvi qeydə alınmayıb.
Rəhim Həsənov həmçinin vurğulayıb ki, hər turdan sonra epizodlar detallı şəkildə təhlil edilir və hakimlərin fəaliyyəti nəzarətdə saxlanılır.