BAKI, 21 may. TELEQRAF

“Ermənilərin Qarabağa qayıdışından başqa heç bir iddiamız yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti və baş nazirliyə namizəd Robert Köçəryan deyib.

“Biz yalnız ermənilərin Qarabağa geri qayıtması məsələsindən danışırıq, başqa heç nədən. Bu, bizim seçki proqramımızda da təsbit olunub”, - o bildirib.

Xatırladaq ki, Qarabağ erməniləri 2023-cü ildə - Azərbaycan Ordusu bütün ərazilərimizdə suverenliyimizi bərpa etdikdən sonra könüllü olaraq Ermənistana köçüblər. O zaman rəsmi Bakı onlara ölkəmizin bu bölgəsində Azərbaycan qanunları çərçivəsində yaşamağı təklif etsə də, bundan imtina etmişdilər.

Robert Köçəryana gəlincə, o, 1990-cı illərdə Azərbaycan ərazilərinin işğalının və bu dövrdə törədilən saysız müharibə cinayətlərinin müəllif və iştirakçılarından biridir. Bu səbəbdən Azərbaycanda ona qarşı cinayət işi açılıb.