BAKI, 20 may. TELEQRAF
Vaşinqton və Tehran atəşkəs şərtləri ilə bağlı razılığa gələ bilməsələr, ABŞ İrana əvvəlkindən daha əhəmiyyətli zərbələr endirəcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
"Biz onlara çox sərt zərbələr endirdik. Amma daha da sərt zərbələr endirməli ola bilərik. Və vurmaya da bilərik", - deyə o, ABŞ Sahil Mühafizəsi Akademiyasının məzunları qarşısında çıxış edərkən bildirib.
"Onların nüvə silahı olmayacaq. Və onlar həqiqətən də razılaşma əldə etmək istəyirlər. Görək nə olacaq", - deyə Amerika lideri əlavə edib.