BAKI, 21 may. TELEQRAF

İranın Ali rəhbəri Müctəba Xamenei zənginləşdirilmiş uran ehtiyatının ölkədə saxlanılmasını əmr edib.

Teleqraf xəbər verir ki, bu barədə İran rəsmilərinə istinadla “Reuters” agentliyi məlumat yayıb.

Mənbələrə görə, Müctəba Xameneinin göstərişi İran hakimiyyəti daxilində konsensusu əks etdirir.

İran liderinin qərarı ABŞ ilə davam edən sülh danışıqlarını çətinləşdirir, çünki Tehranın uran ehtiyatlarının təhvil verilməsi çıxarılması ABŞ Prezidenti Donald Trampın əsas tələbidir. Tehran hesab edir ki, materialların xaricə göndərilməsi ölkəni gələcək hücumlara qarşı daha müdafiəsiz edəcək.

Hazırda kövrək atəşkəs rejimi qüvvədə olsa da, İran hərbi əməliyyatların dayandırılmasının Vaşinqtonun yeni hava hücumlarından əvvəl taktiki aldatma olduğuna inanır.

Tehran güzəşt olaraq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında uran ehtiyatlarının azaldılması təklifini verib.