BAKI, 21 may. TELEQRAF

Kəlbəcər rayonunun Zar kəndinə ilin sonuna qədər köç prosesinin aparılması planlaşdırılır.

Teleqraf xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Urbisiddən, münaqişədən sonrakı yenidənqurmaya aparan yol" adlı tədbirdə deyib.

O bildirib ki, hazırda 243.38 təkrar ərazini əhatə edən 547 mənzildən ibarət yaşayış massivinin tikintisi davam edir:

"Tikinti işinin ilin sonuna qədər yekunlaşdırılması və kənd əhalisinin əraziyə köçürülməsinin həyata keçirilməsi nəzərdə tutulur".