BAKI, 21 may. TELEQRAF
Mədəni canlanma yalnız fiziki və infrastruktur baxımından bərpa demək deyil. Bu, daha çox insan ləyaqətinin, kimliyinin və mənəvi dəyərlərinin yenidən qurulmasıdır.
Teleqraf xəbər verir ki, bunu ICESCO-nun Beynəlxalq əməkdaşlıq sektorunun rəhbəri Anar Kərimov Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "SECURE – Dayanıqlı və İlhamlandırıcı Mədəniyyətin Yenidən Canlandırılması Modeli" tədbirində çıxışı zamanı deyib.
"Həmçinin kollektiv yaddaşın, insanların aidiyyət hissinin və öz torpaqlarına sahiblik duyğusunun bərpasıdır. Bu yanaşmanı nəzərə alaraq, səmimi şəkildə arzu edir və tövsiyə edirəm ki, bu təhlükəsiz və davamlı model öz siyasətinin mərkəzində icmalarla fəal əməkdaşlığı saxlasın", - o vurğulayıb.