BAKI, 21 may. TELEQRAF

Bu gün saat 18:00-a olan məlumata əsasən saat 15:30-15:35 radələrində Şəki rayonunun Şin kəndi və Aşağı Layısqı kəndlərində diametri 15-20 mm olan dolu düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Həmçinin saat 16:15-16:30 radələrində Qusar rayonunun Laza kəndinə diametri 10-12 mm, saat 16:20-16:30 radələrində isə Balakən rayonunun Qazbölük kəndinə diametri 10-12 mm dolu düşüb.