BAKI, 21 may. TELEQRAF

“Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları” təsdiq edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, qalıq vəsaitləri Maliyyə Nazirliyi tərəfindən Mərkəzi Banka və Dövlət Neft Fonduna idarəetməyə verilə bilər.