BAKI, 5 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp fiziki və ruhi vəziyyətini 50 il əvvəllə müqayisədə eyni hiss etdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu barədə "NBC News" telekanalına müsahibəsində danışıb.
"Fiziki və mənəvi cəhətdən möhtəşəm hiss edirəm. Özümü 50 il əvvəllə eyni vəziyyətdə hiss edirəm. Bu sadəcə dəhşətlidir", - Tramp deyib.
O həmçinin qeyd edib ki, tibbi müayinələrdən əsasən ictimaiyyətə hesabat vermək üçün keçir.
Qeyd edək ki, Tramp 2 yanvarda tibbi müayinədən keçdiyini və Ağ Ev həkimlərinin onun sağlamlığını ideal qiymətləndirdiyini açıqlamışdı.
Tramp iyunda 80 yaşını qeyd edəcək.