BAKI, 31 yanvar. TELEQRAF

Macarıstan hökuməti Rusiya ilə Ukrayna arasındakı münaqişədə tərəf tutmaq niyyətində deyil və yalnız öz milli maraqlarını rəhbər tutur.

Teleqraf xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Fidesz-Macarıstan Vətəndaş Birliyi partiyasının fəalları ilə görüşdə bildirib.

Orban Macarıstanın müharibə bitəndən sonra Ukraynadan qaz və digər enerji resursları almaq niyyətində olduğunu deyib.