BAKI, 31 yanvar. TELEQRAF
Kuba hakimiyyəti ABŞ-dən gözlənilən təhlükəni əsas gətirərək respublikada fövqəladə vəziyyət elan edib.
Teleqraf xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilla sosial media hesabında məlumat verib.
Nazir öz səhifəsində yazıb: "Kuba xalqı beynəlxalq ictimaiyyətlə həmrəylik nümayiş etdirərək, ABŞ hökumətinin hərəkətləri fonunda vəziyyətin qeyri-adi və fövqəladə bir təhlükə yaratdığı qənaətinə gəlir. Kuba xalqı bu təhlükəyə cavab olaraq beynəlxalq fövqəladə vəziyyət elan edir".
Rodriges Parrilla həmçinin qeyd edib ki, Vaşinqtondan gələn təhlükə bütün ölkələrin milli təhlükəsizliyini və xarici siyasətini pozmağa yönəlib.