BAKI, 31 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Yaponiyanın Alyaskada Asiya ölkələrinə enerji ixracı üçün nəzərdə tutulan böyük qaz kəmərinə investisiya qoyacağını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp “The Wall Street Journal”a məlumat verib.
ABŞ liderinin sözlərinə görə, Yaponiya Alyaskada dünyanın ən böyük qaz kəmərlərindən birinin inşasında ABŞ-yə dəstək göstərəcək. Sözügedən layihə Amerika enerji resurslarının Asiya regionundakı müttəfiqlərə ixracına xidmət edəcək.
Qeyd edək ki, Donald Tramp daha əvvəl Yaponiya ilə yanaşı, Cənubi Koreyanın da Alyaskada qaz kəmərinin tikintisinə investisiya yatırmaq niyyətində olduğunu açıqlamışdı.indən birinin tikiləcəyini elan etdi