YEVLAX, 31 yanvar. TELEQRAF
Azərbaycan Premyer Liqasının XVIII turunda Yevlax şəhər stadionunda “Kəpəz” və “Şamaxı” komandaları üz-üzə gəlib.
Teleqraf-ın Yevlaxa ezam olunmuş əməkdaşının xəbərinə görə, qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Cavid Cəlilovun idarə etdiyi oyunda qolları Arsen Ağcabəyov (12) və Karim Rossi (45+1) vurublar.
Bu nəticədən sonra Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 23 xalla turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib. Azər Bağırovun komandası isə 12 xalla 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün növbəti matçında “Zirə” “Sabah”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.