BAKI, 31 yanvar. TELEQRAF
“İran ona hücum ediləcəyi təqdirdə düşmənə təkcə dənizdə deyil, daha geniş miqyasda da cavab verməyə hazırdır”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin ölkə ətrafında hərbi qüvvə yerləşdirməsi fonunda İranın Ali rəhbəri Əli Xameneinin müşaviri Əli Şamxani deyib.
“Qarşıdurma zonasını yalnız dənizlə məhdudlaşdırmırıq, daha genişmiqyaslı ssenarilərə hazırlaşmışıq”, - o vurğulayıb.
Şamxani iddia edib ki, İran düşmən qüvvələrinin əməliyyat planını bilir, Tehran vəziyyətə nəzarət edir və uyğun anda zərbə endirəcək.