BAKI, 31 yanvar. TELEQRAF
Venesuela və Hindistan bütün sahələr üzrə ikitərəfli strateji əməkdaşlıq və tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodrigez “Telegram” kanalında Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığı barədə məlumat verib.
Rodrigez bildirib ki, tərəflər arasında qardaşlıq ruhunda telefon söhbəti baş tutub və bu görüş zamanı dərin qarşılıqlı anlaşma əldə olunub. Onun sözlərinə görə, Venesuela və Hindistan enerji, kənd təsərrüfatı, elm və texnologiya, dağ-mədən və əczaçılıq sənayesi, avtomobil istehsalı və turizm sahələrində strateji əməkdaşlığı müzakirə ediblər.
Qeyd olunub ki, münasibətlərin 2026-cı ildə yenidən aktivləşdirilməsi üçün ümumi fəaliyyət planı üzrə razılıq əldə edilib. Telefon danışığı zamanı səlahiyyətli prezident Hindistan hökumətinə və xalqına göstərilən dəstəyə görə təşəkkür edib.
Rodrigez əlavə edib ki, Narendra Modi Venesuela xalqının sülhün, suverenliyin və müstəqilliyin qorunması istiqamətində səylərini dəstəkləməyə hazır olduğunu təsdiqləyib.