BAKI, 31 yanvar. TELEQRAF

Erməni Apostol Kilsəsinin daha 7 yepiskopuna qarşı cinayət işi açılıb.

Teleqraf xəbər verir ki, bu barədə onların vəkili Abrasim Atoyan məlumat verib.

Hüquqşünas din adamlarının Ermənistan İstintaq Komitəsinə çağırıldıqlarını bildirib:

“Bu gün İstintaq Komitəsinə çağırılanlar bunlardır: Eçmiədzin kafedralının inzibati-iqtisadi şöbəsinin direktoru yepiskop Muşeq Babayan, Quqarat yeparxiyasının rəhbəri yepiskop Ovnan Akopyan, Gürcüstandakı erməni kilsəsinin rəhbəri yepiskop Kirakos Davtyan, Sünik yeparxiyasının rəhbəri yepiskop Makar Akopyan, Eçmiədzinin xarici əlaqələr və protokol şöbəsinin direktoru arxiyepiskop Natan Ovannisyan, arxiyepiskop Ayqazun Nacaryan, kilsə və gənclərin hazırlığı proqramlarının direktoru yepiskop Vaan Ovannisyan”.

Bununla yanaşı, Atoyan ittihamlar silsiləsinin davam edəcəyinə, növbəti mərhələdə Ali Ruhani Şuranın üzvləri və bütün ermənilərin katolikosu II Qareginə qarşı irəli sürüləcəyinə əminliyini ifadə edib.