BAKI, 31 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Çinin ABŞ-yə idxal olunan mallardakı payının son 25 ilin ən aşağı səviyyəsinə düşdüyünü bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp “The Wall Street Journal”a məlumat verib.
ABŞ liderinin sözlərinə görə, Çinin ABŞ idxalındakı payı bu ölkənin 2001-ci ildə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasından bəri ən aşağı göstəriciyə enib. Tramp vurğulayıb ki, hazırda ABŞ-yə yüz milyardlarla dollar həcmində vəsait daxil olur.