BAKI, 31 yanvar. TELEQRAF

Fransanın paytaxtı Parisdə çinli məmura soyğunçuluğa məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə "TF1" telekanalı məlumat yayıb.

Məlumata görə, naməlum şəxslər çinli məmurun Parisdə qaldığı məzilə daxil olaraq ümumi dəyəri 6–7 milyon avro olan bahalı saatlar və zinət əşyaları oğurlayıblar.

Hadisəni törədən iki şəxs soyğundan sonra hadisə yerindən qaçıb. Zərərçəkən dərhal polisə müraciət edib.

Xəsarət alan məmur xəstəxanaya yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti stabildir və xəsarətləri həyati təhlükə yaratmır.