BAKI, 31 yanvar. TELEQRAF
İranın Kəşfiyyat Nazirliyi Avropa Birliyinin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi siyahıya salmaq qərarını pisləyən bəyanat yayıb.
Teleqraf "Mehr" agentliyinə istinadən xəbər verir ki, İran Kəşfiyyat Nazirliyinin açıqlamasında deyilir: "Qlobal fanatizm cəbhəsi (ABŞ-ın başçılığı ilə Qərb ölkələri - red) İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı hücumları gücləndirib. SEPAH-ın cəsur adamlarının sionist və terrorçu qruplara qarşı mübarizəsindən narazı olan sionizm və İŞİD terror təşkilatının tərəfdarları getdikcə düşmənçiliklərini nümayiş etdirirlər. SEPAH ABŞ və sionist təşkilatları ilə əlaqəli terrorçulara qarşı mübarizəyə rəhbərlik edir".
İran rəsmiləri bildiriblər ki, İran parlamenti, çox güman ki, SEPAH-ı terror təşkilatı kimi tanıyan Avropa ölkələrinin orduları ilə bağlı eyni qərarı qəbul edəcək.