BAKI, 31 yanvar. TELEQRAF

İraqda prezident seçkilərinin fevralın 1-nə təyin olunduğu açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə İraq Xəbər Agentliyi (INA) məlumat yayıb.

Qərar ölkənin Nümayəndələr Şurası (parlament) tərəfindən qəbul edilib.

Bildirilir ki, fevralın 1-də keçiriləcək iclasın gündəliyinə bir sıra deputatların andiçmə mərasimi, eləcə də ölkə prezidentinin seçilməsi məsələsi daxil edilib. Post uğrunda 18 namizəd mübarizə aparacaq.

Qeyd edək ki, prezident seçkilərinin əvvəlcə yanvarın 27-də keçirilməsi planlaşdırılsa da, kvorumun olmaması səbəbindən parlament iclası təxirə salınıb.