BAKI, 31 yanvar. TELEQRAF

Xarici ölkələrin dəstəyi ilə təşkil edilən son iğtişaşlar zamanı ABŞ Prezidenti Donald Tramp, İsrailin Baş naziri Binyamin Netanyahu və avropalı siyasətçilər etirazları qızışdırmağa çalışıblar.

Teleqraf xəbər verir ki, bunu İslam İnqilabının banisi Xomeyninin məqbərəsində çıxışı zamanı İran Prezidenti Məsud Pezeşkian bildirib.

O əlavə edib ki, bəzi günahsız insanlar küçələrə çıxarılıb: "Məqsəd ölkəni bölmək, insanlar arasında münaqişə və nifrət yaratmaq, cəmiyyətdə dərin fikir ayrılıqları salmaq idi. Adi sosial etirazlar zamanı insanlar odlu silah götürmür, əsgərləri öldürmür, təcili yardım maşınlarını və bazarları yandırmırlar".

Pezeşkian hökumətin etirazçıların səslərini dinləməyə və onların problemlərini həll etməyə borclu olduğunu vurğulayıb: "Hakimiyyət buna hazırdır."

İran prezidenti deyib ki, Ayətullah Seyid Əli Xamenei bu cür planların qarşısını daim alıb və gələcəkdə də almağa davam edəcək".