BAKI, 31 yanvar. TELEQRAF

İranın Əhvaz şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində 4 nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə idarəsinin rəisi Babək Rabiei bildirib.

Qeyd edək ki, bu gün İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində yaşayış binasında partlayış olub.

Nəticədə 1 nəfər ölüb, 14 nəfər yaralanıb.

Bir neçə Telegram kanalı SEPAH komandiri Əlirza Təngsirinin Bəndər Abbasdakı partlayışda ölməsi barədə məlumat yaysa da, "Tasnim" agentliyi bunu təkzib etmişdi.