BAKI, 31 yanvar. TELEQRAF

İsrail ordusu Livanın cənubunda “Hizbullah” terror təşkilatının mövqeyini hədəfə alıb.

Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.

“Hizbullah”ın atəşkəs razılaşmasını dəfələrlə pozmasına cavab olaraq, İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Markabada “Hizbullah” terrorçusunu vurub”, - açıqlamada bildirilir.

Həmçinin İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubunda 8 yaraqlının hücumuna cavab olaraq, HƏMAS və “İslami-Cihad” təşkilatlarının 4 səhra komandirini vurduğunu açıqlayıb.