1 yanvar 2026-cı il tarixindən etibarən ABŞ 39 ölkənin vətəndaşlarına və Fələstin tərəfindən verilmiş səyahət sənədləri ilə müraciət edən şəxslərə viza verilməsini tamamilə və ya qismən dayandırır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

"İran vətəndaşlarına viza verilməsi, bəzi istisnalar olmaqla, tamamilə dayandırılır, amma İran vətəndaşları viza üçün müraciət edə və müsahibədən keçə bilərlər" - məlumatda qeyd olunur.

Viza məhdudiyyəti tətbiq edilən ölkələrin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz.